Menu

Səlcuq Bayraktar Hərbi Qənimətlər Parkını ziyarət edib - FOTOLAR

09.02.2022, 18:58
Səlcuq Bayraktar Hərbi Qənimətlər Parkını ziyarət edib - FOTOLAR

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.

"Report" xəbər verir ki, o, bununla bağlı “Twitter” hesabında paylaşım edib.

"Qarabağ müharibəsi zamanı ələ keçirilən hərbi texnikaların sərgiləndiyi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbə memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə üçün Rəbbimizə şükürlər olsun!", - paylaşımda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol