Menu

“Vişeqrad qrupu” və TDT liderlərinin Zirvə Görüşü keçiriləcək

09.02.2022, 19:03
“Vişeqrad qrupu” və TDT liderlərinin Zirvə Görüşü keçiriləcək

Bu il Macarıstanda “Vişeqrad qrupu” (Polşa, Çexiya, Slovakiya və Macarıstan) ölkələri və Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin Zirvə Görüşü keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə TDT Baş katibi Bağdad Amreyev İstanbulda təşkilatın Ağsaqqallar Şurasının iclasında bildirib.

O, bu il Azərbaycanda da qeyr-rəsmi Zirvə Görüşünün keçiriləcəyini vurğulayıb, lakin dəqiq tarix göstərməyib.

Xatırladaq ki, bu il “Vişeqrad qrupu”na Macarıstan sədrlik edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol