Menu

MEHDİYEVİN AMEA-dakı DAHA BİR "MÖCÜSƏSİ" - Bir nəfərə altı vəzifə verib

09.02.2022, 19:48
MEHDİYEVİN AMEA-dakı DAHA BİR "MÖCÜSƏSİ" -  Bir nəfərə altı vəzifə verib

AMEA-da baş verən hadisələr, qurumun prezidenti Ramiz Mehdiyevin istefası tələb olunduğu bir vaxtda Akademiya haqda daha bir maraqlı fakt ortaya çıxıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, əvvəllər Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Rəsmi yazışmalara nəzarət şöbəsində işləmiş Məlikov Ələddin Mehman oğlu hazırda AMEA-da 6 vəzifə tutur:

1. AMEA prezidenti Ramiz Mehdiyevin köməkçisi

2. Rəyasət Heyətində təhsil şöbəsinin müdiri

3. Şərqşünaslıq İnstitutunda böyük elmi işçi

4. Elm Tarixi institutunda baş elmi işçi

5. Fəlsəfə və Sosiologiya İnstitutunda aparıcı elmi işçi

6. Akademiyanın tabeliyində olan Virtual Elektron Fəaliyyət Cəmiyyətinin rəhbəri

Ə. Məlikov barədə digər xəbərdə bildirilir ki, o İran meyilli şəxs kimi tanınır. Belə ki, İİR-nin Ümumdünya İslam Elmləri Akademiyasının Dinşünaslıq fakültəsində bakalavr, Mofid Universitetində magistr və doktorantura pillələri üzrə (ümumilikdə 2001-2013-cü illərdə ixtisası din fəlsəfəsidir) dini təhsil alıb. Eyni zamanda Ə.Məlikov Tərbiyət Müdərris Universitetində fəlsəfə ixtisası üzrə elmi işini müdafiə edib. O, 2009-2013-cü illərdə AR-in İİR-dəki səfirliyində tərcüməçi vəzifəsində çalışıb.

Xəbərdə qeyd olunur ki, Ə.Məlikovun İİR ilə geniş əlaqələri mövcuddur və kitablarının əksəriyyəti orada çap olunur.

Bundan əlavə, Ə.Məlikov İİR Prezidenti adından müxtəlif mükafatlara layiq görülüb. Onun AMEA sisteminə düşməsi çox təəcüblüdür və inanırıq ki, aidiyyəti dövlət orqanları bu məsələ ilə məşğul olacaq.

Qeyd: Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev “Yeni Sabah”la əlaqə saxlayaraq Ə. Məlikovun bir müddət əvvəl – Ramiz Mehdiyevin köməkçisi təyin olunandan sonra İnstitutdakı vəzifəsindən azad olunduğunu deyib

Şərhlər

İnsan 2022-02-10 02:28:02

Yalan məlumat paylaşmayın! Ayıbdır! Dürüst Jurnalist əxlaqına riayət edin!

Veteran 2022-02-10 00:42:10

Bir tərəfdən Putin ,digər tərəfdən mollalar yüksək post tutan antimilli ünsürlərə açıqdan -açığa medallar , mükafatlar verir ,bizdə seyr edirik......

Culfa 2022-02-09 22:53:16

"Onun AMEA sisteminə düşməsi çox təəcüblüdür və inanırıq ki, aidiyyəti dövlət orqanları bu məsələ ilə məşğul olacaq". - Bəli, "hörmətli" müəllif!!! Belə kasıb və kimsəsizin siz deyən sistemə düşməsi, "həqiqətən çoxdan çox təəccüblüdür"...

Oxucu 2022-02-09 20:58:32

İşin öhdəindən gələ bilməyən yaşlı adamlara bir neçə fəzifə verilir : - onlardan biri Yaqub Mahmudovdur. Yaqub Mahmudov AMEA-nın prezidentinin müşaviri, BDU-nin Tarix kafedrasının müdiri və s. . Əgər həqiqətən də 83 yaşlı bir insan bir neçə vəzifəsinin öhdəsindən gəlirsə, onda nə üçün müəllim 65 yaşına çatan kimi işdən azad edirlər , o cümlədən həkimi də ?

Lalə 2022-02-09 20:53:59

Ələddin Məlikov illər öncə Şərqşünaslıq institutundan çıxaraq Tərcümə mərkəzinə işə qəbul olundu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol