Elnur Aydın oğlu Əliyev iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə E.Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
Qeyd edək ki, E.Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib.
Belə ki, Mikayıl Cabbarovun yeni müavini daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib.
Bundan sonra həm Bakı Şəhər Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsində, həm də müdir əvəzi kimi fəaliyyət göstərib.
Elnur Əliyev müəyyən dövrlərdə Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri, Nazirliyin aparat rəhbəri vəzifəsinin müvəqqəti əvəzedicisi kimi çalışıb.
2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 38 yaşı var.

Şərhlər
Uğurlar, Dövlətə və Millətə ləyaqətlə xidmət arzulayırıq...
Təbrik edirəm və uğurlar arzulayıram !
Belə "iqtisadçılar"ın hesabına Azərbaycan iqtisadiyyatının ciddi çöküşü olacaq..
Memarlıq, tarix muzey , tehsil idarəsi sonrada iqtisadiyyat)))