Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.
Bundan başqa, Prezidentin digər sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibindən çıxarılıb.
Qeyd edək ki, R.Nəcəf apelin 9-da 1982-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq 2001-ci ildə bakalavriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib.
2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.
2012-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamış və 02.09.2002-ci ilədək orada çalışıb. 16.12.2003-cü il tarixdən İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsinin mütəxəssisi təyin olunaraq həmin şöbədə məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb, 01.02.-08.06.2007-ci il tarixlərdə Xarici investisiyalar və texniki yardımların əlaqələndirilməsi şöbəsinin Xarici investisiya müqavilələri və investisiya layihələri sektorunun müdiri işləyib.
02.07.2008-23.02.2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Hesabat şöbəsində iqtisadçı, 23.02-07.05.2019-cu ildə isə həmin İdarənin Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.
12.05-29.12.2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini, 29.12.2009-21.04.2010-cu illərdə həmin şöbənin müdiri, 21.04-15.12.2010-cu illərdə nazirin köməkçisi, 16.12.2010-05.11.2012-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktorunun müavini, 05.11.2012-11.05.2018-ci illərdə İcraçı direktoru vəzifələrində çalışıb.
11.05.2018-ci il tarixdən 28.08.2019-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
R.Nəcəf 3-cü dərəcəli dövlət müşaviridir.
Evlidir, 2 övladı var.

Şərhlər
Təbrik edirəm və uğurlar arzulayıram !
Mən xeyirli olsunu işə və əmələ baxandan sonta deyəcəyəm. Çünki baxıram ki, adam nəinki ilbəil, anbaan yuxarılara çəkilib. Vaxtilə SOKAR-ın öz işçisi olub.Bu şirkətdə cikdən-bikə qədər hər şey onun gözləri qarşısında baş verib. Atmosfera onu sıxmayıb. Bütün bunlar adamın qulağına eşitmək istəmədiyi bəzi şeyləri də pıçıldayır. Mən bu yerdəyişmədən heç nə gözləmirəm. Daha doğrusu heç nə gözləmədiyimi xəyalımdan keçirirəm. Bilmirəm mətbuat haqqındakı yeni qanuna görə xəyalı ifadə və dərc etmək olarmı? Xəyal və düşüncələrimə görə özüm yox, Azpolitika saytı cavabdehdir.
Bu vəzifə turistindən nə gözləmək olar?Bunu kimlər dallarıyca daşıyıb?
Bizim üçün maraqlı odur ki,hansı cəbhə xəttində əsgəri xidmət keçib.Arxa cəbhə uşağıdır,yoxsa ön cəbhədə vuruşub.Təhsilə qalanda,həmin fakültəni əla bitirən uşaqlar indi küçədə milçək qovur.Heç olmasa,Sahil Babayev kimi erməni bulaşığı olmasın.
Xeyirli olsun