Menu

"AGBank"ın əmlakı təkrar hərraca çıxarılır

11.02.2022, 10:50
"AGBank"ın əmlakı təkrar hərraca çıxarılır

Martın 2-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq təkrar hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət "AGBank"a məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsindəki 0,1 hektar torpaq sahəsindən gedir. Əmlaka 45 min manat qiymət qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol