Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 1,4 milyonu ötüb

11.02.2022, 11:11
Gürcüstanda koronavirusa yoluxanların sayı 1,4 milyonu ötüb

Gürcüstanda son sutkada koronavirusa 19 968 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 418 027-yə, ölənlərin ümumi sayı isə 15 459-a çatıb.

Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı isə 23 675 nəfər artaraq 1 178 151 olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol