Menu

"O 4 nəfər icraçılardır, işin başında duranlar həbs olunmalıdır" - Vahid Əhmədov

11.02.2022, 12:11
"O 4 nəfər icraçılardır, işin başında duranlar həbs olunmalıdır" - Vahid Əhmədov

“Tərtər işi” çox ciddi məsələdir. Mən qulaq asıram ki, o zərərçəkənlərə necə də işgəncələr, əziyyətlər veriblər, dəhşətə gəlirəm. Bu işgəncələri verən 4 nəfər sadəcə icraçıdırlar. Bu işin başında duran şəxslər var və onlar həbs olunmalıdır.

Bu sözləri Bakupost.az -a millət vəkili Vahid Əhmədov “Tərtər işi” ilə bağlı 4 nəfərin həbs olunmasından danışarkən deyib.

Onun fikrincə kimlərsə, öz çirkin əməllərini həyata keçirmək üçün bunu ediblər: “Söhbət yalnız insanlara verilən əzab-əziyyətdən yox, həm də Azərbaycan Ordusunda baş verən bu özbaşınalığın aradan qaldırılmasından gedir. Faktiki olaraq Azərbaycan Ordusunda belə işgəncə hallarına yol verilib və kifayət qədər zərərçəkən var. Onların sayı da günü-gündən artır. Ona görə də, bu, məsələni boş buraxmaq olmaz. Dövlət başçısına minnətdarlığımı bildirirəm ki, bu işi yenilədi. Azərbaycan Ordusunun dünya ordu sıralarında öz yerini tutması üçün kifayət qədər vəsaitlər ayrılıb. Eyni zamanda ordu dövlət başçısının həmişə diqqət mərkəzində olub”.

Şərhlər

Eli 2022-02-11 14:25:43

Vahid müellim öz Vetendaş mövqeyı ,ağlı savadı ile hemişe digerlerinden ferqlenşb,yeni konkret olaraq Kişi kimi hereket edib,başqaları kimi riyakar olmayıb....

Vahid müəllim-ə 2022-02-11 12:33:06

Əgər ordu həmişə diqqət mərkəzində olibsa bəs neçə olub ki, belə hallar uzun müddət davam edib və bu günə qədər nə Qaralov,nə Vəliyev,nədə digərləri hələ də sorğulanıb cunayət məsuliyyətinə cəlb olunmayıb?Bunun adı nədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol