Mədəniyyət Nazirliyi maliyyə pozuntularının aşkarlanmasına aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində 2021-ci ildə aparılmış yoxlama 1 yanvar 2006-ci il tarixindən 8 may 2020-ci il tarixədək olan dövrü əhatə edir.
"Məlum olduğu kimi, Dövlət Təhlükəzilik Xidməti tərəfindən 2020-ci ilin 8 may tarixində Mədəniyyət Nazirliyində və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətində əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, Nazirliyin və Xidmətin bəzi vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında şübhəli şəxs qismində saxlanılıb.
Aparılmış istintaq tədbirləri nəticəsində Mədəniyyət Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə əsasən həmin vəzifəli şəxslər azadlıqdan məhrum edilib və onların üzərində həbs qoyulmuş əmlakları dövlət hesabına müsadirə olunub", - nazirlikdən bildirilib.
Qeyd edək ki, həmin dövrüdə mədəniyyət naziri Əbülfəs Qarayev olub.


Şərhlər
Təzə nazir baxıb görür ki, bu qədər korrupsiya ilə Ə.Qarayevə gözün üstə qaşın var deyən olmadı gələndən heç nədən qorxub çəkinmədən rüşvəti də korrupsiyanı da qaldırdı dəvənin belinə. Düz də edir. Bir iki il yeddi arxa dönəminə lazım olanı yığıb gedib oturacaq evində....
A.Kərimov Ə.Qarayevin ölənlərinə rəhmət oxutdurur. A.Kərimov gələndən heç bir ay keçməmiş rüşvətin həm dairəsi həm məbləği artıb.... Allah bəlanızı versin. Burnunuzdan fitil fitil gəlsin..
Hörmətli redaksiya. Ə.Qarayevin vaxtında işçilərə dərəcə vermək üçün ən çoxu 50 manat
yıgılırdı. Bizim əlimiz Nazir A.Kərimov çatmır. Siz ondan soruşun ki, bu dərəcə pulunu niyə 150 manata qaldırıb? Zərdab A.Kərimovun dövründə pullanıb ki? Hər şeyin qiymətini 3-4 dəfə niyə qaldırıb?
Elan : Zərdabın mədəniyyət şöbəsi Agdaş regional idarənin tələb və tapşırığı ilə ( idarədən Urfan Əhmədov belə deyir) işçilərdən dərəcə pulu kimi dərəcəyə uyğun 70-150 manat pul yığılır. Verməyən dərəcə verilməyəcək.