Menu

Kadırovu istefaya çağıran petisiyaya 200 mindən artıq şəxs qoşulub

13.02.2022, 00:40
Kadırovu istefaya çağıran petisiyaya 200 mindən artıq şəxs qoşulub

Siyasətçi İlya Yaşin tərəfindən tərtib olunmuş və Çeçenistanın başçısı Ramzan Kadırou istefaya çağıran petisiyaya 200 mindən artıq şəxs qoşulub. Bu rəqəm artmaqda davam edir. Xatırladırıq ki, petisiya 5 gün bundan əvvəl yaradılıb.

Petisiyada deyilir ki, Ramzan Kadırov Çeçenistanda «dövlət içində dövlət» yaradıb və orada özünün şəxsi qanunları fəaliyyət göstərir, Rusiya Federasiyasının qanunvericiliyi yox.

Yaşin Kadırovın həm özü və həm də bilavasitə ətrafı tərəfindən jurnalistlərin, hüquq müdafiəçilərinin və onların ailə üzvlərinin ünvanına olan təhdidləri xatırladr.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə hesab edir ki, «Change.org» platformasında səsləri saxtalaşdrmaq olar.

“AzPolitika.info”

Şərhlər

Veteran 2022-02-14 00:02:28

Putindən sonra çeçenlərin özlər bu gədənin saqqalından süpürgə düzəldəcəklər.

t.ədalət 2022-02-13 10:19:02

Putinin ətrafındakılar iylənmiş ideya və hərəkətləri ilə adamları bezikdiriblər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol