Menu

Azərbaycanda dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq - FOTO

12.02.2022, 21:13
Azərbaycanda dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq - FOTO

Dünyanın ən hündür bayraq dirəyi hazırlanır.

"Oxu.az" xəbər verir ki, layihəni Türkiyənin “Çimtaş” şirkəti həyata keçirəcək.

Belə ki, Azərbaycanın paytaxtı, küləklər şəhəri adlandırılan Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacaq.

Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.

İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin Çimtaş şirkəti tərəfindən 2022-ci ilin aprel ayında Xəzər dənizi vasitəsilə daşınması gözlənilir.

Şərhlər

Veteran 2022-02-14 00:04:35

A kişi uşaqpulu vermək lazımdır.

Roma 2022-02-13 11:15:40

Hal-hazırda quraşdırılana nə olub ki, gərək elə ən hündürü ola, hər şeyin şitini çıxardırıq. Mənim fikrimcə, indiki bayrağın özüdə, çox hündürdü, belə ki, Bakının daimi küləyi, problem yaradır və bu nəzərə alınaraq hündürlük bir qədər aşağı da olsa olar. Bu bayrağa xərclənən vəsait, imkansız ailələrin şəraitlərinin yaxşılaşdırılmasına və eləcə də azad olunan ərazılərimizdə quruculuq işlərinə yönəldilməlidir. 2-cisi 1-2 ildən sonra oranın rəisi tutulacaqdır, yeyinti üstündə, belə ki, artıq yeyinti demək olar ki, ümümi hal almışdır və mənə elə gəlir ki, bunun qarşısını almaq mümkünsüzləşir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol