Ukraynada müharibənin başlanması təhlükəsi günləri saydığı anda iki gün öncə Putin öz ölkəsinin Təhlükəsizlik Şurasını toplayıb "MDB ölkələrində imkanların genişləndirilməsi" üçün təcili müşavirə keçirirsə və bunun fonunda Ramiz Mehdiyev gündəmə çevrilirsə, izahı aydındır: Putin Bakıya "Biz Ukrayna ilə vuruşası olsaq, baxın ha, "Türkiyə ilə qardaşlıq" adı altında NATO'ya yardım etdiyinizi görməyim" deyir".
Bu fikirləri özünün "Facebook" hesabında REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.
O, daha sonra fikirlərinə belə davam edib: "Putinin sözünə baxmasaq, nə olacaq? Mehdiyev Milli Şuraya mitinq sifarişi verəcək. Bəs küçəyə kim çıxacaq? Elə Qazaxstanda ötən ay çıxanlar - siyasətə heç bir aidiyyatı olmayan dəstələr.
2013-cü ildə Milli Şuranın Putinə məktub göndərərək öz namizədinin Rusiya vətəndaşlığından çıxarılması xahişini etməsini unutmadıq? Bir daha düşünün bu haqda: "Vladimir bəy, prezidentliyə namizədimiz var, nolar qoy seçkiyə qatılsın da"".


Şərhlər
Xalq artıq səni çox yaxşı tanıyır..................................?
Maraqlı yanaşmadır. Deməli hansısa siyasətçi istədiyimizi demirsə bəyəm düşməndir? İlqar mənim də gözlədiyim əvvəkli mövqeyində korrektə edib. Amma hamı eyni həmdə effekt verməyən yolu niyə getsin ki? Müxalifətin hamısı inkubator cücələri kimi eyni olmamalıdır.
Realmı, ya falşmı müxlifdən cüzi də olsa mümkün ətər? Görəsən, ağzı söz, arxası əğyar vətəndaşlarımız nə vaxt Azərbaycanı əsl və tam müstəqil sayıb ona-öz ölkələrinə sədaqətlə çalışacaqlar?
Ilqar memmedov senin ve natiq ceferlinin kim oldugunu xalq yaxsi bilir. Aglinizi gedin basqasina satin. Arada guzguye baxin ve oz ozunuze sual verin men ne idim ne oldum.
Ay İlqar müəllim, atalar yaxşı deyib utanmasan oynamağa nə var?
Bu son 30 ilin hadiseleri bize bir millet olaraq çıx dersler verdi.Ve bizim iqtidar be müxalifetin ekser nümayendeleri,daha doğrusu onların “Rehberleri” bu millet ve Dövlet namine çalışmaqdan başqa her bir mezhebe aulluq etdiler.Bu sebebden biz ancaq Allaha umşd bağlamalıyıq.
Sənin neçə sifətin var ?
Çox utanmaz və qarayaxan insansan və təəsüf ki Azpolitika da özünü sənə tay edir...
Rusun Putinin sukaları kimlərdir hamıya aydındır. Sənin isə hər gün əqidəni simanı dəyişməyin də hamıya aydındır. Erməni budaq cümləsi yazma elə yaz ki Azərbaycan milləti yaxşı başa düşə bilsin
Siyasi komediya ustalarının çıxışlarını musiqili etsələr daha maraqlı olar İlqar müəllimin dedikləri.
Bu nə demək istəyir?
bu lap qatığlayıb ki?