Menu

“Heç kim Ukrayna ilə döyüşməyi planlaşdırmır...” - Lukaşenko

14.02.2022, 17:07
“Heç kim Ukrayna ilə döyüşməyi planlaşdırmır...” - Lukaşenko

“Qərb Ukraynanın iştirakı ilə münaqişə yaratmaq istəyir, amma heç kim Ukrayna ilə döyüşməyi planlaşdırmır”. “AzPolitika.info” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı siyasətçi Aleksandr Morozla görüşü zamanı bildirib.

Belarus Prezidenti deyib ki, Qərb rusları, ukraynalıları və belarusları bir-birinə qırdırmaq istəyir: “Mən bu gün Qərbə burada nə lazım olduğunu dəqiq bilirəm. Münaqişə yaratmaq. Bilirsiniz, onlar bunu özgələrin əlilə etməyi bacarırlar. Başqalarının əlilə, başqa adamlarla döyüşmək daha yaxşıdır: qoy ukraynalılar, ruslar, belaruslar həlak olsunlar – oralar uzaqdadır...”

Lukaşenko Qərbi yalan danışmaqda da günahlandırıb: “Qulaq asın, əgər müharibə planlaşdırılsaydı, KİV-lər özlərini tamamilə başqa cür aparardılar. Çünki KİV-lər müasir müharibələrin artileriya hazırlığıdır. Bir anlıq müharibə səs-küyü sakitləşən kimi, Amerikadan yenə siqnal gəlir və bu isterika yenidən qızışdırılır. Yəni, aydındır ki, müharibə kimə lazımdır”

C.Məmmədov

“AzPolitika.info”  

Şərhlər

Veteran 2022-02-14 23:35:04

Ay kolxoz Putinlə birlikdə toyuq kimi nə tez yatdınız .

Tahir 2022-02-14 18:01:01

"Blef" siyasəti işləmədi. Bir az öncə agzın köpüklənə köpüklənə müharibədən danışırdın. Noldu lukaşenko? Bax beləcə sən və Volodya quzuya dönərsiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol