Menu

Zelenski 16 fevralı Birlik Günü elan edib

14.02.2022, 23:33
Zelenski 16 fevralı Birlik Günü elan edib

Ukrayna prezidenti Vladimir Zelenski fevralın 16-da ölkədə Birlik Günü ilə bağlı fərman imzaladığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə TASS informasiya agentliyi xəbər yayıb.

“Bizə fevralın 16-da hücum olacaq deyirlər. Biz isə bunu birlik günü elan edirik. Artıq müvafiq sərəncam imzalanıb. Bu gün biz dövlət bayraqları asacaq, mavi və sarı lentlər taxıb bütün dünyaya birliyimizi nümayiş etdirəcəyik” deyə o xalqa videomüraciətində bildirib.

Prezident etiraf edib ki, ölkəsi məsuliyyət, etimad və konkret addımlar tələb edən ciddi çağırışlarla üz-üzədir.

“Bizi böyük müharibə ilə hədələyir və işğal tarixini təyin edirlər. Bu, birinci dəfə deyil. Onlar bizimlə sistemli şəkildə bütün cəbhələrdə müharibə aparırlar. Həm hərbi həm də müstəqil şəkildə yürütdüyümüz xarici siyasətdə. Enerji və kömür tədarükünü məhdudlaşdırmaqla, informasiya sahəsində, vətəndaşlar və investorlar arasında çaxnaşma salmağa çalışırlar” deyə Ukrayna lideri əlavə edib.

Prezident həmçinin vətəndaşları əmin edib ki, ölkədə qrivnanın məzənnəsinə və maliyyə sisteminə hücumları dəf etmək üçün kifayət qədər ehtiyatlar mövcuddur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol