Menu

Siyəzəndə ər-arvadı şantaj edərək pul alan şəxs saxlanılıb

15.02.2022, 10:25
Siyəzəndə ər-arvadı şantaj edərək pul alan şəxs saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Şuşa şəhər sakini olan bir kişi özünün və həyat yoldaşının barələrində rüsvayedici məlumatların yayılması ilə hədələnərək ondan 200 manat pul alınmasını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Siyəzən şəhər sakini, əvvəllər dələduzluğa görə məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılıb.

Siyəzən RPŞ-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol