“Şeyxin Azərbaycan tarixindəki rolu məgər bu iki maddəyə bağlıdır?”
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.
F. İbrahimli bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib: “Şeyxin səlahiyyəti məgər nəzir qutusu, molla təyinatı ilə bağlıdır?! Axı Prezident İlham Əliyev Şeyx həzrətlərini “Şərəf” ordeni ilə təltif edib! Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?! Mən Şeyx təəssübkeşi kimi danışmıram, amma mətbuatda yazılan xəbərlərə baxın. Qanunun məqsədi hansısa fərd, qurum deyil, məqsəd Azərbaycanın Konstitusiyasına, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə əsasən, qanunun müasir tələblərə uyğunlaşdırılmasıdır”.
Vitse-spiker cahil mollaların Azərbaycan cəmiyyətinə vurduğu ziyana da toxunub: “Yer üzündə elə ölkə var ki, orada cəhalətə qarşı qanun qəbul olunsun və orada cəhalətin kökü kəsilsin?! Cahillik cəmiyyətin məhsuludur. Biz özümüz ona yol açırıq. Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə bütün ömrünü bu cahilliyə qarşı mübarizəyə həsr etdi".


Şərhlər
İran üçün Din yuxarı tebeqe üçün Hakimiyyet Var Dövlet,Siyaset ve Ticaret,aşağı tebeqe üçün ise Cehalet ve Cahillikdir ki bizim hörmetli din xadimleri de bşzim nadan cavan oğlan ve qızlarımızı bu Cahil ölkeye Dini tehsil slmağa gönderir ki cahllik daga da artsın.Halbuki bizi mollalar ve Din xadimleri dünyevi ölke olan ve Dini elmi esaslarla Xalqa çatdıran Tğrkiyyeye üz tutsakar deputatın dediyi Cahillik xeyli derecede azalar ve. bizim Dahilerimiz Mirze Feteli Mirze Celilin davamçıları Xalqımuzın Cahilliyinden yox onun tentenelenden yazarlar.
Səhv edirsiniz, cahillik cəmiyyətdən çox cəmiyyəti marifləndirməyənlərin məhsuludur. Necə olur ki, bütün xristian ölkələrində orta, ali təhsil müəssisələrində dini təbliğ olunur, amma bəzi müsəlman ölkələrində və Azərbaycanda yox. Buna aydınlıq gətirmək lazımdır.
Üçüncüsü ise deputatın qeyd etdiyi cehalet ve cahilliyin kökü Şeyx Hezretletinin ve onun etrafının üzü tutub her tapşırıqlarına l”Lebbeyk” dediyi adını İslam respublikası qoyan İrandadır.O ölkede ki,30 il bizim torpaqları işğalda saxlayan ,müqeddes mescidlerimizde donuz saxlayan ermeniye qardaş deyib dsim ona kömek eden İrandadır.
Şeyxülislam Allahşükür Paşazadenin ele xidöetleri var ki onu danmaq haqsızlıq olar.Ancaq hörmetli Fezail beyin “ Cahillik cemiyyetin mehsuludur fikri çıx ziddiyyetli ve ziyanlı bir fikirdir.Evvela o bilmemiş deyil ki Azerbaycanda qanunş ve qanunsyz fealiyyet gösteren axund ve mollaların 90%- den çoxu Cenub bölgedindendir Şeyx hezretleri bunu çıx gözel bilir.İkincisi ölkede Dini maariflendirme işi Sıfır seviyyesindedir.
Sheyx hansi pullarnan milyarder olub ? hiyyyy
Bu adam niye Haqqı qoyub nağıl danışır,heç olmasa oturduğu kredloya hörmet edib Qanundan danışsa daha düzgğn olar,axı o Ali Qanunverici orqanda yüksek vezife tutur.Milletin taleyine baxın Siz .Ozü de Şeyx hezretlerinşn müdafieye ehtiyacı yoxdyr ve sla babat dd öxüne biznes qurub.Tsk çto mğellim narahat olmaya biler.O ki qaldı orden medallara,Ramiz Mehdiyevde bundzn çıx idi o mükafatlar, ne oldu?Vaxtı çatdı getdi istirahete.
Hörmətli Fəzail müəllim Azərbaycan vətəndaşı niyə bu qədər cahilləşdi,səbəb nədir?......Allah Leninə nəhlət eləsin.