Ukrayna NATO-ya daxil olmaq kursundan imtina edə bilər. Əgər bu, Rusiya ilə mühariənin qarşısını alarsa. Belə bəyanatla «BC Radio 5»-ə müsahiəbəsində Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko çıxış edib.
Beləliklə, o, «Ukrayna sülh xatirinə NATO-ya daxil olmaq barədə öz planından imtina etməyə hazırdırmı» sualına cavab verib.
Ukrayna səfirliyinin başçısı istisna etməyib ki, bu, tamamilə mümkündür. Xüsusilə də nəzərə alsaq ki, bu addım Ukraynanı təhdid və şantajlara itələyir.
Qeyd edək ki, bu ana qədər Ukraynanın rəsmi şəxslərindən heç biri belə bəyanat səsləndirməyib. Üstəlik də Ukraynanın NATO-ya daxil olması məqsəd olaraq, ölkənin Konstitusiyasında yazılıb.
“AzPolitika.info”


Şərhlər