Vakansiya seçimi mərhələsində ilk olaraq şəhid ailəsi üzvlərinə üstünlük veriləcək.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, daha sonra digər namizədlər üçün vakansiya seçimi açıq elan ediləcək: "Ucqar kənd yerlərində çalışan müəllimlər üçün bu ildən etibarən həmin ərazilərdə 3 ildən çox müddətdə fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.5 əmsalına, 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq".


Şərhlər
Müəllim sənəti xalqa lazımlı və ciddi sahə olduğundan müəllimliyə yalnız savadlı,bilikli,metodik hazır olan şəxslər qəbul edilməlidir.Şəhid və qazi ailə üzvləri tələb olunan şərtlərə cavab verdikləri halda müəllim seçilə bilər.Burada xüsusi güzəştə yer olmamalıdır.Çünki müəllim müqəddəs peşədir . Güzəşt başqa sənaye,xidmət ,və digər sahələrdə mümkündür.Müəllim deçimində güzəşt olmamalıdır!