Menu

Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək

16.02.2022, 11:38
Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək

"Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək".

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu il üçün də müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə iyun ayından başlanılması nəzərdə tutulur: "İlk olaraq daimi əsaslarla işləyənlərə və şəhid ailəsi üzvlərinə vakansiya mərhələsində öncəlik veriləcək. Növbəti mərhələdə digər kateqoriyada olan namizədlər iştirak edə biləcəklər. Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə, digər bölgələrdə isə açıq şəkildə olacaq".

"Həvəsləndirmə tədbirləri tətbiq olunan müəllimlərin fəaliyyəti hər zaman diqqət mərkəzində olur. Onlar arasında da 3 il müddətində fasiləsiz işləyən müəllimlərin nəticələri yerdəyişmə zamanı 1.05, 5 ildən çox işləyən müəllimlərin balı isə 1,1 əmsalına görə hesablanacaq", - E.Bağırov bildirib.

Şərhlər

Müfəttiş 2022-02-16 11:59:33

Ahılların taleyini çox qəddar bir sistemə həvalə ediblər.Şəxs 65 yaşında pensiyaya şıxır, 6 ildən sonra onun hesabına yığılmış əlavə vəsaitin cüzi bir hissəsini ona verirlər.Hansı ki, o zaman o həyatda olsa 72 yaşı olur və hər an dünyasını dəyişə bilər.Ar olsun belə sistemə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol