Azərbaycanda sabiq bələdiyyə sədri tərəfindən 250 min manat vəsaitin mənimsənildiyi üzə çıxıb.
APA xəbər verir ki, bu, fevralın 18-də Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılacaq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzə” də əksini tapıb.
Bildirilib ki, Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sabiq sədri tərəfindən subvensiya layihəsinin icrası məqsədilə dövlət büdcəsindən ayrılmış 250 min manat vəsaitin mənimsənilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.


Şərhlər
Adam borc alaraq verdiyi rüşvət bəs necə qaytara bilərdi? Bunu bir düşünən varmı? Süçilmə üçün rüşvət verməyən bələdiyyə sədri varmı? Bəs bu yetim borcunu necə qaytarsın?