Menu

Aİ Rusiyanı müharibə və diplomatiya arasında seçim etməyə çağırıb

16.02.2022, 16:44
Aİ Rusiyanı müharibə və diplomatiya arasında seçim etməyə çağırıb

Rusiya Ukrayna ətrafında gərginliyin de-eskalasiyası üçün konkret addımlar atmalıdır.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentinə müraciətində deyib.

O bildirib ki, Rusiyanın aqressiyası yalnız Ukraynanın sabitliyi və ərazi bütövlüyünə qarşı yönəlməyib, bu, həm də Avropada və bütün dünyada sülhü təhdid edir.

Şarl Mişel qeyd edib ki, Rusiya müharibə və diplomatik müzakirələr arasında seçim etməlidir.

O əlavə edib ki, Aİ bu məsələdə diplomatiya və müzakirələrdən yanadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol