Menu

Oliqarxlar 232.5 milyon, dövlət isə 361 milyon dollar ödəyib... - Fonda toplanan pullar hara xərclənir?

17.02.2022, 14:32
Oliqarxlar 232.5 milyon, dövlət isə 361 milyon dollar ödəyib... - Fonda toplanan pullar hara xərclənir?

Hər bir Rusiya oliqarxı Sirius məktəbini idarə edən maliyyə fonduna ildə azı 1 milyon dollar ödəyir. "Agentstvo" saytının araşdırmasına görə sözügedən fondun təsisçilərindən biri də Rusiya prezidenti Vladimir Putinin yaxın dostudur. İddia olunur ki, vəsaitin daha böyük hissəsi dövlət büdcəsindən daxil olur.

Violençelçalan Sergey Roldugin sözü gedən “Talant i uspex” (istedad və uğur) fondunun təsisçiləri sırasındadır. "Agentstvo" iddia edir ki, məktəbin direktoru Yelena Şmelyova da prezidentin favoriti kimi tanınır. O 2018-ci il seçkisində Putinin seçki qərargahının rəhbərlərindən biri olub, Dövlət Dumasına 2021-ci il seçkisində isə nazirlər Sergey Lavrov və Sergey Şoyqu ilə birlikdə hakim Vahid Rusiya partiyasının siyahısına daxil edilib. "Agentsvo" saytının təxminlərinə görə oliqarxların fonda ianə vermələrinə 2016-cı ildən başlanıb.

Araşdırmada belə bir məqama da diqqət yetirilir ki, oliqarxların ödədikləri ianələrin məbləğcə böyüklüyü onların Kremlin dəstəyinə ehtiyac duyduqları vatxtlara təsadüf edib. Məsələn, milyarder Süleyman Kərimovun ianələrinin böyük bir qismi fonda biznesmen Fransada həbs olunanda və Kreml onu azad etdirməyə çalışanda daxil olub. 

Nəticədə milyarderlər məktəbin fonduna üst-üstə 17.5 milyard rubl (232,5 milyon dollar) ödəyiblər. Bundan başqa bu fonda vəsaitlər həm də əsas səhmdarı dövlət olan müxtəlif şirkətlərdən gəlir. Dövlətin fonda toplam köçürmələri indiyədək 27.2 milyard rubl ( 361 milyon dollar) təşkil edib.

"Agentstvo" iddia edir ki, ianələrin 3/4 - ü uşaqların təhsilinə yox, Soçi Olimpiadasından qalma obyektlərin tikinti və saxlanmasına xərclənir.

Vəsaitin yalnız 25 faizi uşaqların təhsilinə yönəldilir. Bu da qeyd olunur sözü gedən təhsil proqramı ilə metodoloqlar məşğul olurlar, kollektivdə isə “putinizm ruhu” hökm sürür.

Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzə Jurnalistika Layihəsi (OCCRP) 2017-ci ildə yazırdı ki, Putinə məxsus 2 milyard dollarlıq aktivlərin nominal saxlayıcısı olan violonçel ifaçısı Sergey Rolduginin adı hələ 2016-cı ilin aprelində, Panamada yerləşən “Mossack Fonseca&Co” şirkətinin sənədlərinin sızmasından sonra bəlli olub. Rolduginin özü həmişə kommersiya fəaliyyəti ilə məşğul olduğunu danıb.

Qərb Putinin yaxın çevrəsinə sanksiyalar barədə söhbətlər apararkən Sergey Rolduginin də nəzərdə tutulduğu deyilir. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol