Menu

"Fransa tərəfi “Qarabağ”ın təhlükəsizliyinin təmin edilməsi zəruri tədbirlər görəcək" - Səfirlik

17.02.2022, 14:42
"Fransa tərəfi “Qarabağ”ın təhlükəsizliyinin təmin edilməsi zəruri tədbirlər görəcək" - Səfirlik

UEFA Konfrans Liqası çərçivəsində Ağdamın “Qarabağ” futbol klubu ilə Marsel şəhərinin “Olimpik Marsel” (OM) klubu arasında cari ilin 17 fevral tarixində Marsel şəhərində baş tutacaq ilk qarşılaşmada təmsilçimiz və azərbaycanlı azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi tərəfindən aidiyyəti qurumlar, eləcə də OM rəsmiləri ilə müvafiq iş aparılıb.

Bu barədə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, qarşı tərəf klub və azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görüləcəyini bildirib.

Xatırladaq ki, fevralın 17-də “Velodrom”da keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol