Menu

AMEA-da təhvil-təslim prosesi başladı: Mehdiyevi kim əvəz edəcək?

17.02.2022, 15:12
AMEA-da təhvil-təslim prosesi başladı: Mehdiyevi kim əvəz edəcək?

Bu gün Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən istefa ərizəsini ölkə başçısına təqdim edəcək. Konkret.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA-da təhvil-təslim prosesi də başlayıb.

Belə ki, artıq Ramiz Mehdiyevin vəzifəsini AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov icra edəcək.

A.Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olub, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun “Elektrofizika” laboratoriyasında işləməyə başlayıb. Hazırda laboratoriya “Yüksək gərginliklərin fizikası və texnikası” adlanır və A.M.Həşimov onun rəhbəridir.

O, 1980-cı ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilib. A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilib.

2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilib və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra edib. A.M.Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxuyub və “Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrası”nın professoru olub.

Hazırda Azərbaycan Texniki Universitetin professorudur. AMEA Fizika İnstitutunda fəaliyyət göstərən alimlik dərəcəsi verən şuranın sədri (2002–2008-ci illər) və Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuranın üzvü (1994–2005-ci illər) olub.

“Energetikanın problemləri” jurnalının baş redaktorunun müavini, “Fizika” jurnalının redaksiya heyətinin üzvüdür.

Qeyd edək ki, Arif Həşimov 5 noyabr 2021-ci ildən AMEA-nın birinci vitse-prezidentidir.

Şərhlər

Elmlər Namizədi 2022-02-17 18:20:05

AMEA-nı bu günə salan.oranı əyləncə yerinə və dövlət siyasətinə qarışan, əsassız və yalan yazılarla baş girləyən Naxçııvan klanı olduğu heç jəsdə şübhə oyatmır.Özlərinə laayiq olamadıqları elmi adları yapışdırmaq ,dövlətdən illər boyu havayı maaş almaq onların peşəsi olub.hesabatları yaan.titulları plaqiat olan bu klan ölkəyə yzlnız ziyan vurublar.Naxçıvan klanı AMEA-dan çıxarılçasa oradan hansısa ciddi elmi nəticə almaq müşkül məsələ olaraq qalacaqdır.Buna görə bir Naxçıvamlını digəri ilə əvəz etmək mənasız və nəticəsiz bir uşdir.Orada ciddi təmizləmə işləri aparılmalıdır.

Veteran 2022-02-17 15:52:09

Yenə Naxçıvanlı ? Azərbaycanda başqa bolgədən olan Alimlər yoxdurmu? KÖHNƏ HAMAN,KÖHNƏ TAS.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol