Menu

Sabah güclü külək əsəcək - Xəbərdarlıq

17.02.2022, 15:16
Sabah güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında fevralın 18-i gündüz cənub-qərb küləyinin 19-u gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti haqqında yaydığı məlumatda bildirilib.

Azərbaycanın rayonlarında fevralın 18-19-da bəzi rayonlarda qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol