Menu

Azərbaycan Ombudsmanı Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

17.02.2022, 15:52
Azərbaycan Ombudsmanı Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

"Report" xəbər verir ki, çağırış mətnində deyilir:

"Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz etməklə mülki əhaliyə qarşı soyqırım cinayəti törətmişdir.

Bu qanlı cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılmış, 118 nəfər dinc sakin girov götürülmüş və onlardan 68 nəfəri amansızcasına qətlə yetirilmişdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər".

Şərhlər

Abas 2022-02-17 23:22:58

Hetta Sebine xanim her zaman, Ermenilerin bize qarsi toretddiyleri vehsi emellerini butun arenalarda soyleyib, biz inanirig ki, bu meseleyede diqqet yetirecek!

Eltac 2022-02-17 18:29:54

Bu ermenjlerin ic uzunu belece acib tokmek lazjmdir.Halaldi olke ombudsnanina

Arif 2022-02-17 18:20:49

Sebine xanim cox sagolun ki bu cur hadiseleei dunya miqyasinda canlandirirsiz

Nəcəf N. 2022-02-17 16:40:58

1992- ci il ölkəmiz üçün faciəli keçmişdir. Bu faciələr içində ən ağırlarından biri də Qaradağlı faciəsi idi. Ən az işıqlandırılan da bu faciədir. Çox sağolun dəyərli xanım Ombudsmanımız. Allah şəhidlərimizə rəhmət eləsin.

Elnur Əliyev 2022-02-17 16:39:10

Həqiqətən bu kimi cinayətləri unutmamaq lazımdır.Səbinə xanım beynəlxalq arenalarda belə ermənilərin bizə etdiyi hər bir cinyəti çatdırır.Səbinə xanım bu məsələni diqqətdə saxladiginiza gorə minnətaram

Fidan 2022-02-17 16:37:05

Ölke Ombudsmanimiz her zamanki kimi aktiv fealiyyeti ile secilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol