Menu

Ukrayna Prezidenti separatçıların bağçanı atəşə tutmasına münasibət bildirib

17.02.2022, 17:00
Ukrayna Prezidenti separatçıların bağçanı atəşə tutmasına münasibət bildirib

“Stanitsiya Luqanskayada uşaq bağçasının rusiyayönlü qüvvələrin atəşə tutması böyük təxribatdır”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

“Diplomatların və ATƏT-in Ukraynada qalması vacibdir, onların monitorinq fəaliyyəti çəkindirici faktordur. Bizə atəşkəs rejiminin bütün pozuntularını qeydə almaq üçün səmərəli mexanizm lazımdır”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün səhər Rusiya dəstəkli qondarma “Luqansk Xalq Respublikası”nın qüvvələri Ukraynanın Luqansk vilayətinin Stanitsa Luqanskaya yaşayış məntəqəsindəki uşaq bağçasına mərmi atıb. Hadisə nəticəsində bağçanın iki əməkdaşı xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol