Menu

Braziliyada güclü leysanlar - 100-dən çox insan həlak olub

18.02.2022, 00:15
Braziliyada güclü leysanlar - 100-dən çox insan həlak olub

Braziliyada güclü leysanlar səbəbilə həlak olanların sayı 100-ü keçib. Həlak olanlar arasında uşaqlar da var. Bundan əvvəl həlak olanların sayı 80 nəfər göstərilmişdi.

Mülki müdafiə xidməti 30–a yaxın insanı xilas edib. Onlarla adam itkin düşmüş hesab olunur.

Çərşənbə axşamı güclü yağışlar sürüşmələr və daşqınlar yaradıb. Altı saatdan bir qədər artıq vaxtda 260 litr/kvadratmetr yağıntı düşüb. Bu, Braziliyanın həmin bölgəsində adi halda düşən yağıntıdan xeyli çoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol