Menu

ABŞ-da ümumamerika Qarabağ mitinqi keçiriləcək

18.02.2022, 08:47
ABŞ-da ümumamerika Qarabağ mitinqi keçiriləcək

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ümumamerika Qarabağ mitinqi keçiriləcək.

Bu barədə mətumatı “Report”un yerli bürosuna Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli verib.

E.Yerdərənli bildirib ki, Kapitol binası qarşısında keçirilməsi nəzərdə tutulan mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan həmvətənlərimizin iştirakı planlaşdırılır: “Bunun üçün paytaxt Vaşinqtona müxtəlif maşrutlar üzrə avtobuslar təşkil olunub. İcazəli, dinc mitinqi keçirməkdə məqsəd dünya ictimayyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə çəkməkdir. Bunun üçün də, ABŞ-da yaşana bütün həmvətənlərimizi mitinqdə iştirak etməyə çağırıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol