Menu

"Məktəblərlə bağlı videoların yayılmasını faydalı sayırıq" - Təhsil naziri

18.02.2022, 14:51
"Məktəblərlə bağlı videoların yayılmasını faydalı sayırıq" - Təhsil naziri

“Nöqsanlara yol verən və bununla bağlı videoları yayılan direktorların hamısı işdən azad edilib. Bu mənada yayılan videoların faydalı olduğunu düşünürük”.

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin videolar ictimai nəzarətin bir formasıdır: “Mənim problemim videoların paylaşmasında deyil, problem videolar əsasında müəyyən mənada ümumiləşdirmənin və qeyri-düzgün təhlilin aparılmasıdır. Bu videolar varsa, onların bizə göndərilməsində fayda var. Bir hal belə tapmazsınız ki, bu tip neqativ hallarda nazirlik tədbir görməsin. Nazirlik olaraq təhsilin keyfiyyətini artırmaq və davranış qaydalarına əməl olunmasını istəyirik. Eyni zamanda başa düşmək lazımdır ki, təhsil sistemində hər gün 4 milyon adam iştirak edir. Onların arasından iki nəfər bir-birinə təhqiramiz söz deyibsə, bunu nazirliyin və ölkənin gündəminə çevirmək məntiqli deyil”.

Şərhlər

Elşən 2022-02-18 21:14:46

Məktəblərdə görüntü kamera olmalı internet vasitəsi ilə valideyinlər ,təhsil nazirliyi və məktəb direktoru izləməlidir Belə olan halda nizam intizam həm dərsin keyfiyyəti həm də müəllimin başına çıxan uşaqlar aşkar olunacaq

RAHİM 2022-02-18 16:46:36

Cəsarəti " mətbuat"- yox deyirik.

RAHİM 2022-02-18 16:41:30

ELƏ MƏKTƏB DİREKTORU VARMI Kİ RÜŞVƏT ALMASIN? İNANMIRIQ.

Rafiq 2022-02-18 15:36:02

nazır düz deyir.Video yayılan məktəblərin direktorları yenidən tənbeh edilməmək,idən çıxarılmamaq üçün nazirə rüşvət verməli olacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol