Menu

Sabah AMEA-nın Ümumi yığıncağı keçiriləcək

18.02.2022, 15:53
Sabah AMEA-nın Ümumi yığıncağı keçiriləcək

Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva "Report"a açıqlamasında bildirib ki, iclasın gündəliyi də artıq məlumdur.

O bildirib ki, gündəlikdə yalnız bir məsələnin müzakirəsi daxil edilib, bu da kadr dəyişikliyidir.

A.Balayeva əlavə edib ki, iclasın dəqiq hansı saatda olacağı hələlik dəqiqləşməyib: "Çünki hələ də iştirakçıların sayı dəqiqləşdirilir. Mətbuat nümayəndələrinin iclasa buraxılması nəzərdə tutulmayıb. İclas bitdikdən sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol