Menu

Yaponiyada qan təzyiqini azaltmaq üçün yeni üsul təklif edilir

19.02.2022, 19:01
Yaponiyada qan təzyiqini azaltmaq üçün yeni üsul təklif edilir

Yaponiyada antihipertenziv məşqlərlə qan təzyiqini aşağı salmaq təklif edilir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu təkliflə yapon əczaçısı Masatoşi Kato çıxış edib.

"Ovuclarınızı sinənizin önünə qoyun və onları sıxın. On saniyədən sonra əllərinizi rahatlayın. Bu məşq, xüsusilə ürəyin yanında yerləşən döş əzələlərini stimullaşdırır", - mütəxəssis deyib.

Onun sözlərinə görə, bu cür məşqlər müxtəlif əzələ qrupları üçün mövcuddur və onları gündə bir neçə dəfə etmək olar.

Həmçinin bu məşqləri həm ev, həm iş şəraitində yerinə yetirmək mümkündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol