Menu

"ABŞ Ukraynaya təcavüz edəcəyi halda Rusiyaya cavab verəcək" - Blinken

19.02.2022, 23:12
"ABŞ Ukraynaya təcavüz edəcəyi halda Rusiyaya cavab verəcək" - Blinken

"ABŞ Ukraynaya qarşı aqressiv addımlar atacağı təqdirdə Rusiyaya cavab verməyə hazırdır". "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuata müsahibəsində deyib.

"Vəziyyəti həll etmək üçün diplomatik yol tapmaq şansı olarsa, bunu etməkdə qərarlıyıq, lakin Rusiyaya təcavüz edərsə, cavab verməli olacağıq", - Blinken bildirib.

ABŞ dövlət katibi Rusiya ilə Ukrayna arasında müharibənin fəlakət olacağına da diqqət çəkib.

Diplomat, eyni zamanda, belə bir ssenarinin heç kimin maraqlarına cavab vermədiyini vurğulayıb.

"Əgər 3 milyona yaxın insanın yaşadığı Kiyevə hücum olarsa, bu, fəlakət olacaq. Ukraynalılar Rusiya hərbçilərini qucaq açaraq qarşılamayacaqlar. Təbii ki, bunun çox ciddi nəticələri olacaq”, - Blinken əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol