Menu

"Ukraynanı işğal etmək planı həyata keçirilməyə başlayıb" - Boris Conson

20.02.2022, 18:50
"Ukraynanı işğal etmək planı həyata keçirilməyə başlayıb" - Boris Conson

"Ukraynanı işğal etmək planı həyata keçirilməyə başlayıb". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Britaniyalı nazir Rusiyanın Ukraynaya müdaxilə planının artıq reallaşmağa başladığını bildirib.

"Bütün sübutlar onu göstərir. Bizim amerikalı dostlarımız da belə düşünür və siz təxribatları görürsünüz”, - Conson qeyd edib.

"Hesab edirəm ki, bunun Rusiya üçün necə bir fəlakətə çevriləcəyini izah etmək indi hamımız üçün həyati əhəmiyyət kəsb edir", - deyən Baş nazir həm Ukrayna, həm də Rusiyayay böyük insan itkiləri ilə bağlı xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol