Menu

"Aİ minalarla bağlı Azərbaycana yardımın artırılmasını nəzərdən keçirir" - Xüsusi nümayəndə

21.02.2022, 14:21
"Aİ minalarla bağlı Azərbaycana yardımın artırılmasını nəzərdən keçirir" - Xüsusi nümayəndə

"Avropa İttifaqının (Aİ) bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazırdır".

"Report"un xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O, Azərbaycana səfəri çərçivəsində ANAMA ilə görüşün nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol