Menu

Rubl Putinin Ukrayna ilə bağlı müraciəti fonunda ucuzlaşıb

22.02.2022, 00:16
Rubl Putinin Ukrayna ilə bağlı müraciəti fonunda ucuzlaşıb

Rublun məzənnəsi Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyinin tanınması məsələsi ilə bağlı ölkə vətəndaşlarına və həmvətənlərə televiziya ilə müraciəti ilə çıxışı fonunda aşağı düşüb. “Report” xəbər verir ki, bunu Moskva birjasının ticarət məlumatları göstərir.

ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 23:08-də 3,51% (R 2,71) artaraq 80,01 R olub.

Xatırladaq ki, Vladimir Putin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyinin Rusiya tərəfindən tanımaq barədə qərar qəbul edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol