Menu

“Rusiyanın Donetsk və Luqanskla bağlı qərarından çox narahatam” - BMT rəhbəri

22.02.2022, 09:03
“Rusiyanın Donetsk və Luqanskla bağlı qərarından çox narahatam” - BMT rəhbəri

“Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərinin statusu ilə bağlı qərarından çox narahatam”.

“Report” xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quttereş özünün tviterdəki hesabında yazıb.

“Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik”, - BMT rəhbəri əlavə edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası bu gün Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş iclas keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol