Bakıda ana və azyaşlı uşaqlarını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğuya cavab olaraq bildirilib ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində elan edilib.
Qeyd edilib ki, Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Şərhlər
Adam dehşete gelir ,yeni bu millet oqeder cılızlaşıb ki silahsız,günahsız arvad uşağın üstüne gedir özü de beş on manat pula göre.Bes bu adam uranmır ki 44 günlük müharibede bizim yüzlerle yaşı 20- ni keçmemiş genclerimiz Şehid oldu ,Bunın 50- ye yaxın yaşı var evinde defelerle çörek yediyi insanları pula göre qetl edir.Allah belerinin kökünü kessin.