Menu

AzTV-nin baş redaktoru ilə Pənah Hüseyn efirdə əlbəyaxa oldular - VİDEO

22.02.2022, 23:30
AzTV-nin baş redaktoru ilə Pənah Hüseyn efirdə əlbəyaxa oldular - VİDEO

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik, Əməkdar jurnalist Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.

Hadisə “Yeni Müsavat”ın efirində yayımlanan “Dərin Təhlil” verilişində baş verib.

Tofiq Abbasov verilişdə olan digər qonaq deputat Səməd Seyidovun adını çəkərkən, “Səməd bəy” deyəndən sonra “Səməd müəllim” deyərək düzəliş etməsinə Pənah Hüseyn replika ilə cavab verib.

“Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyat edirsən bəy sözündən” – deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: “Bəy sənsən də, mən sənə bəy deyirəm”. 

Bundan sonra ikili arasında mübahisə əlbəyaxa davaya çevirilib.

Həmin görüntüləri təqdim edirik:


Şərhlər

Veteran 2022-02-23 14:34:21

Tofiq deyilən Gədə sən və sənin kimilərin GƏDƏLİYİNƏ az qalıb.Siz Azərbaycan XALQININ pullarını 30 ilə yaxındır tıxıyıb qudurmusunuz.Burnunuzdan tokəcəyik AZ QALIB.Gədənini biri gədə. Rusiyanın ZİR-ZİBİLLƏRİ.

hafiz 2022-02-23 12:47:43

Bəy ya da gədə bilmirəm amma dogurdan heç bir ölçüyə sıgmır.

Roma 2022-02-23 11:40:39

Mənə bu səhnəyə baxmaq çox ağrılıdır. Belə ki, hər ikisinə hörmətim var və bu cür hərəkətə görə Tofiq Abbasovu qınayıram...

t.ədalət 2022-02-23 09:53:36

Tofiq Abbasovun bir rus adamı olduğu nəzərə çarpır.Görünür,onun Az.TV-0də işləməsinə şərait yaradan da Moskva tərəfdir..

Eldəniz 2022-02-23 06:49:29

Bəy sözü əsl Azərbaycan , türk sözüdür ...Bu sözlə ancaq fəxr etmək olar ..Bəyənilən sözündən götürülüb , Türkiyə mətbuatında ,filmlərdə ən çox işlənən sözlərdir ..Bu sözü ən çox pisləyən Sovet dönəmində olub çünki vəzifədə olan kolxozçu babalarin acığına gəlib bu söz onlara görə bəylər , xanlar anacq xalqa zülm edirdi .. Komünistlerin , bolşeviklər və digər Ruslar bunları xilas edəcəklər xəyalları ilə yaşayıblar ..Həmişə bu sözə nifrət yaranıb ..Və bəy sözü adətən toylarda ailə həyatı quran gəncləre deyiblər o da bir neçə saatlıq ...Amma bizm keçmişdə və ya tariximizdə bir neçə dahilər var ki ,hamısı bəy oğlu bəydir ...Üzeyir bəy Hacıbəyli , Nəsib bəy Yusifbəyli , Əlimərdan bəy Topçubaşov , Fətəli xan Xoyski , Behbud xan Cavanşir , Səməd bəy Mehmandarov və.s..Indi Pənaha da 1991 çi ildən bəy deyə deyilir ...Qaldı ki , Tofiq Abbasov kifayət qədər ciddi , savadlı analitikdir..Yəqin əvvəldən nəsə problemləri olmaması mümkün deyil.

Elchin 2022-02-23 05:09:14

Halal olsun Penah beye. O birisi dogurdan da gededi

AZƏRBAYCANLI 2022-02-23 01:35:51

KÜL OLSUN SİZİN BAŞINIZA .ÖZLƏRİNİ APARA BİLMİRLƏR.

Adil Əliyev 2022-02-23 00:06:12

Başa düşmürəm özünü apara bilməyənləri nəyə görə efirə çıxarırlar.

Adil Əliyev 2022-02-22 23:59:21

Başa düşmürəm özünü apara bilməyənləri nəyə görə efirə çıxarırlar.

Vətənoğlu 2022-02-22 23:55:54

bu Topik gəda Rusiyanın işğalından deyəsən cuşa gəlib..Efirdə şıllaq atır...

Sahib Məmmədli 2022-02-22 23:53:46

Bəy deyilsənsə, deməli gedəsən da....Niyə inciyirsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol