Menu

"Almaniya Rusiya təbii qazından tamamilə imtina edə bilər” - Vitse-kansler

23.02.2022, 14:46
"Almaniya Rusiya təbii qazından tamamilə imtina edə bilər” - Vitse-kansler

“Almaniya Rusiya təbii qazından tamamilə imtina edə bilər”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Xabek yerli radio kanallaırndan birinə müsahibəsində bildirib.

O, aparıcının “Almaniya Rusiya qazından tamamilə imtina edə bilərmi” sualına cavab olaraq deyib: “Bəli, bu mümkündür”.

R.Xabek qeyd edib ki, Almaniyanın Rusiyadan başqa yerlərdən təbii qaz və xammal idxal etmək imkanları var: “Bunu gücləndirmək lazımdır”.

Xatırladaq ki, fevralın 22-də Almaniyanın kansleri Olaf Şolts Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda başçılıq etdiyi hökumətin Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırdığını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol