Menu

"Məni gözdən salmaq istəyirlər"

05.09.2013, 20:30
"Məni gözdən salmaq istəyirlər"

Valeh Ələsgərov barəsində yazılanlara münasibət bildirdi

Milli Məclisin (MM) sədr müavini Valeh Ələsgərov mətbuatda barəsində yazılanlara münasibət bildirib. O, Teleqraf.com-a açıqlamasında bildirib ki, onun Samux rayonunda torpağı yoxdur: "Bunu yazanlar məni gözdən salmaq istəyirlər. Amma niyyətləri baş tutmayacaq".

Qeyd edək ki, bəzi saytlarda Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Milli Məclisin (MM) sədr müavini Valeh Ələsgərovun qardaşı Rasim Ələsgərovun sahibi olduğu yeməkxanada narkotik vasitənin, restoranın ərazisindəki sahəyə baxış keçirilərkən isə xüsusi qaydada becərilmiş 9 ədəd çətənə kolunun tapılması, eyni zamanda, vitse-spikerin torpağına bitişik sahədə də guya narkoplantasiyanın aşkarlandığı barədə məlumatlar yayılıb.

V.Ələsgərov bildirib ki, barəsində hədyanlar yazanlarla bağlı məhkəməyə müraciət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol