Menu

Tahir Mirkişili İrəvanda yenidən Avronest PA-nın komitə sədri seçilib

23.02.2022, 14:52
Tahir Mirkişili İrəvanda yenidən Avronest PA-nın komitə sədri seçilib

İrəvanda keçirilən Avronest Parlament Assambleyasının sessiyasında Enerji Təhlükəsizliyi komitəsinin sədri vəzifəsinə yenidən Tahir Mirkişili seçilib.

APA-nın məlumatına görə, komitənin həmsədri Avropa Parlamenti tərəfindən Rumıniya deputatı Ramona Strugariu seçilib.

Komitə sədrinin müavinləri isə Gürcüstan, Ukrayna, Litva və Rumıniyadan olan deputatlar seçiliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol