Menu

ABŞ Baltik bölgəsinə əlavə əsgərlər və “F-35” təyyarələri göndərir

24.02.2022, 00:10
ABŞ Baltik bölgəsinə əlavə əsgərlər və “F-35” təyyarələri göndərir

Birləşmiş Ştatlar 800 hərbçinin yerini İtaliyadan Baltik bölgəsiniə dəyişir. Eyni zamanda səkkiz “F-35” təyyarəsini NATO-nun şərq qanadına göndərir.

Bu barədə fevralın 22-də «Röyter» agentliyi ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadla xəbər verib.

ABŞ hakimiyyətinin məlumatına görə, Pentpon həm də bölgəyə 32 ədəd “AH-64 Apache" helikopteri göndərəcək.

“Bu əlavə qüvvələr bizim NATO üzrə müttəfiqlərimizin təhlükəsizliyi və üzv dövlətlərə qarşı istənilən təcavüzün qarşısının alınması üçündür” – deyə, amerikalı məmur bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol