Menu

Türkiyədə daha 268 koronavirus xəstəsi vəfat edib

23.02.2022, 21:28
Türkiyədə daha 268 koronavirus xəstəsi vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 268 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 464 085 nəfərin test edildiyi, 86 600 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 95 526 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol