"AzPolitika.info" Ukrayna mediasına istinadla xəbər verir ki, Kiyev şəhərinin ətrafındakı yaşayış məntəqlərində şiddətli döyüşlər gedir.

Belarus sərhədlərindən daxil olan Rusiya ordusu paytaxın 15 kilometrliyində olan Qostomel şəhərinə hərbi helikopterlər vasitəsi ilə desant atıb. Hazırda bu istiqamətdə şiddətli döyüşlərin getdiyi bildirilir.

Ukrayna mənbələru bu istiqamətdə Rusiya ordusunun daha iki K-52 helikopterini vurduqlarını açıqlayıb. Yerə düşürülən hərbi maşının görüntüləri yayılıb.

@azpolitika

Daha iki rus hərbi helikopteri vuruldu

original sound - AzPolitika

***

Ukrayna ordusunun Rusiyanın daha iki təyyarəsini vurub. İndiyə qədər işğalçı Rusiyanın 7 qırıcısının vurduğu haqda rəsmi açıqlama yayılıb.

Sosial şəbəkələrdə daha bir Rusiya qırıcısının vurulmasının görüntüsü yayılıb.

***

Ukrayna Ordu Qəraragahının məlumatına görə, Luqansk istiqamətində Rusiyanın 5 hərbi təyyarəsi və bir helikopteri vurulub. 

“AzPolitika.info” xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi təkzib etsə də, bir çox dünya KİV-ləri bunu təsdiqləyib.

Eyni məlumatı “Reuters” agentliyi də yayıb.

Rusiya isə Ukraynanın 6 hərbi aerodromuna raket zərbəsi endirib.

Bu barədə Ukrayna Ordusunun Qərargahı məlumat yayıb.

Eyni zamanda bildirilir ki, Rusiyanın Odessaya hərbi desant çıxardığı barədə məlumatlar həqiqətə uyğun deyil.

Ukraynanın İvano-Frankovsk hava limanına raket zərbəsi endirməsi nəticəsində baş verən partlayışın görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

“AzPolitika.info”