Ukraynanın Türkiyədəki səfəri Vasili Bodnar Montre Boğazlar Müqaviləsi çərçivəsində Çanaqqala və İstanbul boğazlarının Rusiya hərbi gəmilərinə bağlanması tələbi ilə Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edib.
Qeyd edək ki, yaxın saatlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Türkiyə Təhlükəsizlik Şurasının iclasında gündəm Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları olacaq. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi yardımla bağlı müraciəti müzakirə ediləcək.
"AzPolitika.info"


Şərhlər