Menu

FHN Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb

24.02.2022, 14:28
FHN Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb.

FHN-in əməkdaşı Bəxtiyar Tağıyev "Report"a açıqlamasında bildirib ki, hadisənin baş verdiyi ərazidə "City Garden" şirkəti tərəfindən binanın tikintisi aparılır.

"Tikinti gedən prosesdə binanın ikinci mərtəbəsində beton verilən zaman qəlibləmələrdə boşluqların olduğu hiss olunub. Bu zaman qəlib qaçıb və uçqun baş verib. Bildirilir ki, 3 nəfər yüngül xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər", - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol