“Biz üç slavyan xalqıyıq. Gəlin, oturaq və gələcək taleyimizi birdəfəlik həll edək”.
“AzPolitika.info” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.
Belarus Prezidenti Volodimir Zelenskiyə müraciət edərək, onu Putinin “Ukraynanı işğal etmək fikrimiz yoxdur” fikrindən istifadə etməli olduğunu bildirib.
Qeyd edib ki, “qan tökülməsindən yayınmaq üçün” Putinlə Zelenskinin Minskdə görüşünü təşkil etməyə hazırdır: “Daha nə lazımdır? Bu, danışıqlar üçün əsasdır. O, doğrudan da işğal etməyə hazırlaşmır. Niyə, kimə lazımdır bu başağrısı? Heç kim orada öz gücünü və hökumətini oturtmaq fikrində deyil. Axı bu, danışıqlar üçün əsasdır. Bu əsasda gündəliyi və həll yolunu işləyib hazırlayaq”.
Lukaşenko deyib ki, Zelenskinin yerinə olsa, bu imkandan bərk yapışar.
Lukaşenkonun Putinin yanında hansı funksiya oynadığını nəzərə alsaq, onun bu təklifi təsadüfi sayıla bilməz. Bu, münaqşinin danışıqlar yoluyla həllinə dair müəyyən ümidlər yarada bilər.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Kolxozki kolxoz.