Ukrayna Prezidentinin nümayəndəsi Mixail Podolyak hazırkı vəziyyətdə Rusiya ilə danışıqlar aparılması şansının çox aşağı olduğunu deyib.
“AzPolitika.info” xəbər verir ki, jurnalistlərin suallarına cavab verən Podolyak Rusiyanın danışıqlardan imtina etdiyini bildirib: “Sözsüz ki, Rusiya indi heç bir danışığa getmir və getməyəcək də. Onlar özləri üçün ölümcül qərar qəbul ediblər və onu dərhal yerinə yetirməyə çalışacaqlar. O vaxta kimi ki, onları hansısa məsuliyyət daşımağa və danışıqlar masası arxasında oturmağa məcbur etməyəcəklər. Onlar bu müddət ərzində bizə maksimum ziyan vurmağa və hansısa hədəflərinə nail olmağa çalışacaqlar”.
Xatırladaq ki, bundan az öncə Putinin sözçüsü Dmitri Peskov Rusiyanın danışıqlara hazır olduğunu, lakin bunun üçün Ukraynanın NATO-ya qoşulmaq planından əl çəkməsinin və neytral statusda olmasının lazım olduğunu qeyd edib.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər