Menu

Akademiklər Putinə müraciət etdilər - Müharibənin dayandırılmasını tələb edirlər

24.02.2022, 18:13
Akademiklər Putinə müraciət etdilər - Müharibənin dayandırılmasını tələb edirlər

“Avropada yeni müharibə ilə bağlı məsuliyyət tamamilə Rusiyanın üzərinə düşür. Bu addım böyük insan itkisinə səbəb olur və beynəlxalq təhlükəsizlik sistemini sarsıdır. Bu müharibəyə heç bir məntiqlə haqq qazandırmaq mümkün deyil. Müharibəyə başlamaqla Rusiya özünü beynəlxalq təcridə salır. Bu isə o deməkdir ki, biz alimlər normal şəkildə öz işimizlə məşğul ola bilməyəcəyik. Rusiyanın təcrid olunması onun mədəni və texnoloji deqradasiyası deməkdir”.

“AzPolitika.info” xəbər verir ki, bunları bir sıra akademiklərin də daxil olduğu 184 rusiyalı elm adamı hakimiyyətə müraciətlərində bildiriblər. Onlar dərhal müharibənin dayandırılmasını tələb ediblər.

Alimlər qeyd edirlər ki, ruslarla ukraynalılar qardaş xalqlardır və onlar öz aralarındakı problemləri sülh yolu ilə həll edə bilərlər.

“AzPolitika.info”

Şərhlər

Eli 2022-02-24 18:29:53

Putin ne qanur Elm nedir Akademik nedir xalq nedir,onun yaşamaq Haqqı medir.Yığıb başına köhne НКВД dostlarını çapırlar Xalqın var dövletini ,ölkeni de 1937- ci il qaydaları ile mehv edirler.Göresen dünyada bir ağıllı Kişi ortaya çıxıb buna yerini gösterecek ya yox?Ya bir Milli Qehreman meydana çıxıb bunun alnından vuuracaq ,yoxsa bu Xuliqan istediyini edib mesum insanları qetle yetirecek.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol